*🇦🇿Şəhid Yusif Bərxudar oğlu Nağıyev🇦🇿

gulu1096
*🇦🇿Şəhid Yusif Bərxudar oğlu Nağıyev🇦🇿
foto

*🇦🇿Şəhid Yusif Bərxudar oğlu Nağıyev🇦🇿*

*Haqqında*

Yusif Bərxudar oğlu Nağıyev 1 yanvar 1996-cı ildə Bərdə rayonunun Əyricə kəndində anadan olub. 2002-2013-cü illərdə həmin kəndin E.Abdullayev adına tam orta məktəbində oxuyub. 2014-cü il yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin aprel ayından N saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində xidmət keçib. 2016-cı il Aprel döyüşlərində iştirak edib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib, döyüş meydanından şəhid və yaralıların çıxarılmasında xüsusi şücaət göstərib. Hadrut istiqamətində gedən döyüşlərdə yüksəkliklərin ələ keçirilməsində və düşmənin əks-həmlələrinin qarşısının alınmasında iştirak edib. 21 oktyabr 2020-ci ildə Hadrut-Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi tapşırıq yerinə yetirərkən şəhid olub. Doğulduğu Əyricə kəndində dəfn edilib.
Ailəli idi bir övladı var.

*Təltifləri •🎖️*

•🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️ "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim_🥀😔


*Unutmayaq! Unutdurmayaq!*