Şəhid Yüksəl Əlizadə!

gulu1096
Şəhid Yüksəl Əlizadə!
foto

*🇦🇿 2903 Şəhid içərisində Atası Prakror, Anası dekan olan Şəhid Yüksəl Əlizadə🇦🇿*

*Həyatı*
Yüksəl Əlizadə 1996-cı il iyunun 5-də Qazax rayonunda anadan olub. Atası — uzun illər bir sıra şəhər və rayon Prokurorluğlarında çalışan İlqar Əliyevdir. Anası — Gəncə Dövlət Universitetinin (GDU) Kafedra müdiri Sevda Kazımovadır. Orta təhsilini Gəncə şəhərində alıb. Ali təhsilini isə Baкı Dövlət Universitetində (BDU) "Tarix" ixtisası üzrə alıb. Ali təhsilini bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduğdan sonra isə Naxçıvan Dövlət Universitetində (NDU) "Hüquq" ixtisası üzrə ali təhsil alıb. Subay idi.

*Hərbi xidməti 💂🏻‍♀️*

Yüksəl Əlizadə 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-nin Gəncə Şəhər Kəpəz Rayon şöbəsinə müraciət edib və sentyabrın 21-də təlimlərə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yüksəl Əlizadə noyabrın 9-da *Xocavənd* döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

*Təltifləri*

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)

🎖️— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

*Allah rəhmət eləsin*🥀
*Tanıyaq, tanıdaq✊🏻🇦🇿*