Şəhid Vüsal Hüseynov

gulu1096
Şəhid Vüsal Hüseynov
foto
🇦🇿Şəhid Vüsal Hüseyinov🇦🇿

10 iyun2001-ci ildə Lənkəran rayonunun Velədi kəndində anadan olmuşdur. 2007-2016-cı illərdə Lənkəran şəhərinin 8 nömrəli orta məktəbində oxumuşdur. 2016-2018-ci illərdə Lənkəran Texniki Kollecini sürücü-mexanik ixtisası üzrə təhsilalmışdır.

2019-cu ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgər Hüseynov Vüsal Yəhya oğlu Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında atıcı vəzifəsində xidmət etdiyi müddətdə intizamı, nizamnamələrin tələblərinə sözsüz və dəqiq riayət etməsi ilə fərqlənmişdir.


İşğal altında olan torpaqların düşmən tapdağından azad olunması onun ən böyül arzusu olmuşdur.Gələcəkdə peşəkar hərbiçi kimi ordu sıralarında xidmətini davam etdirərək istəyirdi. Lakin mənfur düşmənlərimizin başladığı müharibə Vüsalın bu arzusuna çatmasına imkan vermədi. Vətən müharibəsinə böyük ürəklə qoşulan Vüsal 43 gün döyüşlərdə igidliklə iştirak etmiş, döyüşlərdə bir neçə dəfə yaralı yoldaşlarını döyüş meydanından çıxarmış, onların həyatını xiıas etmişdir. Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 811.0 yüksəkliyinin azad olunduqdan sonra düşmənin əks hucumunun qarşısını alarkən 8 noyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid oldu. Subay idi.


Əsgər Hüseynov Vüsal Yahya oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən“Vətən uğrunda”,“İgidliyə görə” və“Zəngilanın azad olunmasına görə” medallarıilə təltif olunmuşdur.


9 noyabr 2020-ci ildə Lənkəran rayonunun Velədi kəndində dəfn edilib.

Allah rəhmət eləsin🥀

Unutmuyaq, unutdurmuyaq! ✊🏻🇦🇿