*🇦🇿Şəhid Vüsal Dəmirov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Vüsal Dəmirov🇦🇿*
foto

*🇦🇿Şəhid Vüsal Dəmirov🇦🇿*

*Həyatı*

Vüsal Dəmirov 1993-cü il sentyabrın 10-da İmişli şəhərində anadan olub.

*Hərbi xidməti💂🏻‍♀️*

Azərbaycan Ordusunun çavuşu olan Vüsal Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Dəmirov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)

•🎖️ "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)


*_Cənnətdəki doğum günün mübarək şəhidim_*🥀😔


*🇦🇿Unutmayaq! Unutdurmayaq!🇦🇿*