*🇦🇿Şəhid Vidadi Xəlilov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Vidadi Xəlilov🇦🇿*
foto

*🇦🇿Şəhid Vidadi Xəlilov🇦🇿*

*Həyatı*

Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub. 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

*Hərbi xidməti💂🏻‍♀️*

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

*Təltifləri 🎖️*

•🎖️— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

•🎖️— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

•🎖️— "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

•🎖️— "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

•🎖️— "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

•🎖️— "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️— "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️— "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️— "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*