Şəhid Vəliyev Ramazan

gulu1096
Şəhid Vəliyev Ramazan
foto

Ramazan Hilal oğlu Vəliyev (18 iyun 1995; Aşqabad, Türkmənistan — 29 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, Vətən müharibəsinin şəhidi.Ramazan Vəliyev 1995-ci il iyunun 18-də Türkmənistanın Aşqabad şəhərində anadan olub.

HƏRBİ XİDMƏTİ

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ramazan Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramazan Vəliyev noyabrın 29-da Şuşa istiqamətində şəhid olub. Masallı rayonunun Şərəfə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


TƏLTİFLƏRİ
🎖 (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)