*🇦🇿Şəhid Ümid Məmmədov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Ümid Məmmədov🇦🇿*
foto

*🇦🇿Şəhid Ümid Məmmədov🇦🇿*

*Həyatı*

Ümid Məmmədov 1999-cu il martın 14-də Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

*Hərbi xidməti💂🏻‍♀️*

Azərbaycan Ordusunun leytenantı olan Ümid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ümid Məmmədov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Babək rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*