Şəhid Tural Aslanov!

gulu1096
Şəhid Tural Aslanov!
foto

*🇦🇿 Şəhid Tural Aslanov🇦🇿*

*Həyatı*
Tural Aslanov 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çay Üzü kəndində anadan olub.

*Hərbi xidməti 💂🏻‍♀️*
Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Aslanov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

*Təltifləri*

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)