*🇦🇿Şəhid Sübhan Kərimov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Sübhan Kərimov🇦🇿*
foto

*🇦🇿Şəhid Sübhan Kərimov🇦🇿*

*Həyatı*

Sübhan Kərimov 1996-cı il yanvarın 29-da Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd orta məktəbində təhsil alıb. Subay idi.

*Hərbi xidməti💂🏻‍♀️*

Sübhan Kərimov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

*İkinci Qarabağ müharibəsində iştirakı🇦🇿*

Azərbaycan Ordusunun əsgəri olan Sübhan Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bir çox hərbi əməliyyat və döyüşlərdə fərqlənib. Sübhan Kərimov noyabrın 9-da Şuşa döyüşləri zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dəfn edilib.😔🥀

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Sübhan Kərimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Kərimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri🎖️*
🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)
🎖️ "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
*Nur içində yat Şəhidim🖤🕊️*
_UNUTMAYAQ! UNUTDURMAYAQ!✊🏻🇦🇿_

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör