*🇦🇿Şəhid Səyyar Arazov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Səyyar Arazov🇦🇿*
foto

*🇦🇿Şəhid Səyyar Arazov🇦🇿*


27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Vətən müharibəsinin başlanması ilə Səyyar Arazov könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Səyyar Arazov, Murovdağ istiqamətindəki döyüşlərdə yer almışdır. 

30 sentyabr 2020-ci il tarixində Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 

19 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Ailəli idi. 2 övladı yadigar qalıb.