*🇦🇿Şəhid Sənan Məmmədov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Sənan Məmmədov🇦🇿*
foto

*🇦🇿Şəhid Sənan Məmmədov🇦🇿*

*Həyatı*

Sənan Məmmədov 2002-ci il iyulun 27-də Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.

*Hərbi xidməti💂🏻‍♀️*

Azərbaycan Ordusunun əsgəri olan Sənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Sənan Məmmədov oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)


_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*