
foto
*🇦🇿Şəhid Səməndər İsgəndərov🇦🇿*
*Həyatı*
Səməndər İsgəndərov 23 fevral 1996-cı ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. Şəhid Səfəralı Məmmədov adına Masallı rayon Sərçuvar kənd tam orta məktəbdə təhsil almışdır. Həmçinin, skripka üzrə musiqi təhsili də almışdır. Nişanlı idi.
*Hərbi xidməti💂🏻♀️*
Səməndər İsgəndərov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi ixtisası topçu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Səməndər İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səməndər İsgəndərov Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 12 noyabr 2020-ci ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
*Təltifləri •🎖️*
•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️—"Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_
*Unutmayaq! Unutdurmayaq!*