Şəhid Səbuhi Musayev

gulu1096
Şəhid Səbuhi Musayev
foto

BU GÜN ŞƏHİDİMİZ
SƏBUHİ MUSAYEVİN DOĞUM GÜNÜDÜR. CƏNNƏTDƏKİ DOĞUM GÜNÜN MÜBARƏK ŞƏHİDİM!🇦🇿
16.06.1988 - 07.04.2016

MUSAYEV SƏBUHİ RƏFAEL OĞLU 1988-ci il iyunun 16-da
Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. Səbuhi Musayev ailəli idi, Fərid adında bir oğlu yadigar qalıb. Kiçik çavuş, tankcı, Səbuhi Musayev 2016-cı ilin aprel ayında Azərbaycan - Ermənistan təmas xəttində dümən təxribatının qarşısını alarkən qəhrəmancasına Şəhid oldu. Aprelin 7-si isə Səbuhi Musayev doğulduğu Bərdə rayonunun Mustafaağalı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Səbuhi Musayev uğrunda Şəhid olduğu torpağa tapşırıldı. Səbuhi Musayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.