
foto
*🇦🇿Şəhid Samiq Fərzaliyev🇦🇿*
Samiq Fərzaliyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub.
1998-2008-ci illərdə Güvəndik və Papaqçılar kənd tam orta məktəblərində, 2008-2012-ci illərdə
Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Ailəli idi. Samiq Fərzaliyev 2013-cü ildə müddətli kəqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə
Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Samiq Fərzalıyev 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu
bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və “leytenant” hərbi rütbəsi alaraq “N” saylı hərbi hissədə xidmətə başlayıb. Samiq Fərzaliyev 2020-ci ilin iyul ayında “Baş Leytenant" hərbi rütbəsi alıb. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzaliyev 2020-ci il sentyabrın 27-də
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı
uğrunda gedən döyüşlərdə iştirak edib.
Samiq Fərzaliyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı iki əsgərinin nəşini döyüş bölgəsindən çıxarmaq istəyərkən snayper gülləsinə tuş gələrək şəhid olub.Tovuz rayonunun Güvəndik kəndində dəfn
olunub.
*Ruhun şad olsun*🥀🖤
*Unutmayaq, unutdurmayaq!*
Paylaşım haqqında rəylər