Şəhid Sahil Məmmədov !

gulu1096
Şəhid Sahil Məmmədov !
foto

*🇦🇿Şəhid Sahil Məmmədov🇦🇿*

*Həyatı*
Sahil Məmmədov 7 iyun 1995- ci il Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Qaraçuq qəsəbəsində anadan olub. 2001-2005-ci illərdə Qaraçuq kənd orta məktəbində, 2005-2009-ci illərdə isə H.Əliyev adına tam orta məktəbdə təhsil alıb. 2009-2012-cı illərdə H.Əliyev adına Hərbi liseyə daxil olub. 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə həmin məktəbin "motoatıcı" ixtisası üzrə bitirib. 2016-cı il iyul 4 də Müdafiə nazirinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün N saylı hərbi birləşmənin snayper bölüyündə bölük komandirinin müavini, 2019-cu ilin mart ayında N saylı hərbi hissədə Həmlə taborunda taqım komandiri vəzifəsində xidmət edib. Ailəlidir. Bir qız övladı var.

*Döyüş yolu🇦🇿*
Tovuz döyüşlərində və II Qarabağ müharibəsində iştirak edib. Murov dağın alınmasında şücaət göstərmişdir.

28.09.2020-cu il tarixində Murovdağ Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 07.12.2020 dəfn olunub.

*Nailiyyətləri🏆*
Döyüş hazırlığındakı nailiyyətləri və xidmətdə fərqləndiyinə görə bir çox fəxri fərmanlarla təltif olunub. Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubileyi və Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi medalı. Və ölümündən sonra Vətən uğrunda ordeni verilib.

*Ruhun şad olsun, Şəhidim*🥀🇦🇿

*Tanıyaq, tanıdaq✊🏻🇦🇿*