*🇦🇿Şəhid Rövşən İsmayılov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Rövşən İsmayılov🇦🇿*
foto

*🇦🇿Şəhid Rövşən İsmayılov🇦🇿*

*Həyatı*
Rövşən İsmayılov 1999-cu il oktyabrın 30-da Bakı şəhərində anadan olub.2005-2016-cı illərdə Binəqədi rayonunda 83 nömrəli məktəb-liseydə təhsil alıb. 2016-2020-ci illərdə Azərbaycan Kooperasiya Universitetində (AKU) "Maliyyə" ixtisası üzrə ali təhsil alıb. Subay idi.

*Hərbi xidməti💂🏻‍♀️*

Rövşən İsmayılov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Rövşən İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb.

Müharibə zamanı "N" saylı hərbi hissədə yaradılan "Həmlə" taborunun baş atıcısı olan Rövşən İsmayılov oktyabrın 3-də döyüşlər zamanı əlindən və üzündə qəlpə yarası alaraq hərbi hospitala aparılır. Oktyabrın 18-nə qədər hospitalda olmaq haqqında sərəncam verilsə də, oktyabrın 7-də bir neçə döyüş yoldaşı ilə birgə müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə yollanır.

Rövşən İsmayılov oktyabrın 13-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə ağır döyüşə daxil olan bölüyün heyətində olur. Həmin bölüyün heyətində olan əsgərlər Ağdərə istiqamətində Ermənistan Ordusunun səngərinə qədər daxil olmağı bacaran yeganə qrup olur. Rövşən İsmayılov oktyabrın 13-də snayper gülləsi nəticəsində şəhid olub. Noyabrın 19-da Binəqədi rayonunda dəfn olunub😔🥀

*Təltifləri 🎖️*

🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
🎖️ "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
*Unutmayaq! Unutdurmayaq!🖤🥀*