*🇦🇿Şəhid Rəhmətov Əbülfəz**🇦🇿

gulu1096
*🇦🇿Şəhid Rəhmətov Əbülfəz**🇦🇿
foto

*🇦🇿Şəhid Rəhmətov Əbülfəz* Hüseynverdi oğlu 03 iyul 1989-cu ildə Lerik rayonun Anbu kəndində anadan olmuşdur. O, 1995-ci ildə Kitabəli Həmidov adına Anbu kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək, Heydər Əliyev adina Ali Hərbi Məktəbə daxil olmuşdur. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirib, leytenant hərbi rütbəsi almışdır. Rəhmətov Əbülfəz Hüseynverdi oğlu 2010-2011-ci tədris ilində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kəşfiyyat Tağım komandiri kursunu bitirmişdir.
2011-ci ildə Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində kəşfiyyat Tağım komandiri vəzifəsində fəaliyyət göstərməyə başlamışdır. O, Müdafiə Nazirliyinin əmri ilə
2013-cü ildə baş leytenant, 2017-ci ildə isə kapitan rütbəsinə ucaltmışdır. 2010-2020-ci
illərdə Qusar, Abşeron, Goranboy, Tərtər, Tovuz və Gəncədə yerləşən hərbi hissələrində kəşfiyyat tağım komandiri, kəşfiyyat bölük komandiri, kəşfiyyat məlumatları üzrə rəis köməkçisi, hərbi hissənin kəşfiyyat rəisi əvəzi, motoatıcı taborun qərargah rəisi,motoatıcı tabor komandiri vəzifələrində fəaliyyət göstərmişdir. Kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu Azərbaycan arespublikasının Prezidenti adından Azərbaycan
Respublikasının Müdafiə Nazirinin əmri ilə "Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinin 95 illik yubileyi", "Qusursuz Xidmətə Görə" 3-cü dərəcəli və “Azərbaycan
Ordusunun 100 illiyi" medalları ilə təltif olunmuşdur. O, 2016-cı il "Aprel döyüşlərinda",
2020-ci il "Tovuz döyüşlərində" general Polad Həşimov ilə bir sirada ermənilərə qarşı
döyüşmüşdür. Kapitan Əbülfəz Rəhmətov 27 sentyabr 2020-ci ildə işğal altında olan
torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlamış
genişmiqyaslı Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrin "N" saylı hərbi
hissənin kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştrak etmişdir. Cəbrayıl və
Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənin canlı qüvvəsinin və hərbi texnikasının ələ keçirilməsində xüsusi xidmət göstərmiş və 16
oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində döyüş tapşırığını
yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Rəhmatov Əbülfəz Hüseynverdi
oğlunun nəşi 6 may 2021-ci ildə Cəbrayıl rayonunun ərazisinda tapılmışdır. 7 may
2021-ci ildə doğulduğu Lerik rayonun Anbu kənd qəbiristanlığında dəfn olunmuşdur.
Ailəli idi. Vətənə iki övladı yadigar qaldı!

_Allah rahmat eləsin🥀🖤_

*Unutmayaq, unutdurmayaq!*