*🇦🇿Şəhid Rahib Babayev🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Rahib Babayev🇦🇿*
foto

*🇦🇿Şəhid Rahib Babayev🇦🇿*


Həyatı
Rahib Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Ailəli idi. Üç övladı, 2 oğlu və 1 qızı yadigar qaldı.

Hərbi xidməti 💂🏻‍♀️

Rahib Babayev orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi "N" saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olmuşdur.

Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. "Canavar" postunun alınmasında iştirak etmiş və sentyabrın 30-da şəhid olmuşdur. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Təltifləri

🎖️— III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

🎖️— II dərəcəli "Qüsursuz xidmətə görə" medalı


🎖️— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı


🎖️ — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

🎖️— "Azərbaycan Ordusunun 100 illiyi" medalı

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)

🎖️— "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)


*Məkanın cənnət olsun*
*Unutmuyaq, unutdurmuyaq✊🏻🇦🇿*