*🇦🇿Şəhid Qüdrət Əzizov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Qüdrət Əzizov🇦🇿*
foto

*🇦🇿Şəhid Qüdrət Əzizov🇦🇿*

Həyatı
Qüdrət Əzizov 19 iyun 1997-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil almışdır. Bacısı xəstəlikdən əziyyət çəkirdi məhz qardaşının şəhid xəbərini eşidəndən sonra vəfat etdi🥀.

Hərbi xidməti 💂🏻‍♀️

2014-cü ildə hərbi xidmətə başlamış və manqa komandiri olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə 29 sentyabrda könüllü olaraq orduya qoşulmuş, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Təltifləri

🎖️ — "Vətən uğrunda" medalı (ölümündən sonra)

*Məkanın cənnət olsun*
*Unutmuyaq, unutdurmuyaq✊🏻🇦🇿*