Şəhid Qeybiyev Anar!

gulu1096
Şəhid Qeybiyev Anar!
foto

*🇦🇿 Şəhid Qeybiyev Arif🇦🇿*

*Həyatı*
Arif Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə E. Ağayev adına Səncəri kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.

*Şəxsi həyatı*
Ailəli idi, Gülnur adında 1 qız övladı yadigar qaldı.

*Karyerası*

Arif Qeybiyev məşəl yürüşündə
Arif Qeybiyev orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa atletika üzrə 50-dən çox diplomu var🏆, onlardan 30-u birincilik üzrədir. 2015 Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak etmişdir.

*Hərbi xidməti💂🏻‍♀️*
Arif Qeybiyev 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk xidmət yeri Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirmişdir. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib, lakin qəbul olmayıb. Ancaq 4-cü dəfə sənəd verərkən istəyinə nail olmuşdur. 2018-ci ilin oktyabr ayında hərbi kursa çağırıldı. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq tankçı kimi xidmət etməyə başlamışdır. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilir və şəhadətinə qədər xidmətini orada davam etdirir.

*İkinci Qarabağ* *müharibəsində iştirakı;*

Mirrahil Teymurlu və Arif Qeybiyev
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Füzuli döyüşlərində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşür və Arif öz tankından düşüb 100-200 metr aralıda olan dostunun tankına çatıb dostunu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlir və şəhid olur.
Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub.

*Təltif və mükafatları*

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

*Tanıyaq, tanıdaq ✊🏻🇦🇿*