*🇦🇿Şəhid Pərvin Əliyev🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Pərvin Əliyev🇦🇿*
foto

*🇦🇿Şəhid Pərvin Əliyev🇦🇿*

*Həyatı*

Pərvin Əliyev 1980-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Pərvin Əliyev ailəli idi, iki övladı yadigar qalıb.

*Hərbi xidməti💂🏻‍♀️*

Gizir Pərvin Əliyev 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Pərvin Əliyev doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Əliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.😔🥀

*Təltifi🎖️*
*Pərvin Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.🎖️*
*_Şəhid adı bayrağımızı yerə enməyə qoymayandır!🇦🇿 Nur içində yatın igid oğullar! Ruhunuz qarşısında baş əyirik!🖤🕊️_*