*🇦🇿Şəhid Orxan Babayev🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Orxan Babayev🇦🇿*
foto

*🇦🇿Şəhid Orxan Babayev🇦🇿*

*Həyatı*
Orxan Babayev 1994-cü il dekabrın 24-də Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.

*Hərbi xidmət💂🏻‍♀️*

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Orxan Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Babayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.😔🥀

*Təltifləri🎖️*

🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
*Nur içində yat Şəhidim🖤🕊️*
_UNUTMAYAQ! UNUTDURMAYAQ!✊🏻🇦🇿_