*🇦🇿Şəhid Nurlan Hüseynov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Nurlan Hüseynov🇦🇿*
foto

*🇦🇿Şəhid Nurlan Hüseynov🇦🇿*

*Həyatı*

Nurlan Hüseynov 1992-ci il iyulun 3-də İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur.

*Hərbi xidməti💂🏻‍♀️*

2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrin də xidmət etməyə başlamışdır.

2018-ci ildə Türkiyənin İzmir şəhərin də keçirilən ən yaxşı snayperçi yarışında 24 dövlət arasında birinci yeri tutmuşdur.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nurlan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağının, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Nurlan Hüseynov oktyabr 14-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonu işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı – Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib

•🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra

•🎖️ "Kəlbəcərin azad olunmasına görə" medalı

_Ruhun şad olsun nur üzlü şəhidim_🥀😔


*Unutmayaq! Unutdurmayaq!*