*🇦🇿Şəhid Nihad Abbasov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Nihad Abbasov🇦🇿*
foto

*🇦🇿Şəhid Nihad Abbasov🇦🇿*

*Həyatı*

Nihad Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub.[1] 2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

*Hərbi xidməti💂🏻‍♀️*

Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Azərbaycan Ordusunun baş əsgəri olan Nihad Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abbasov oktyabrın 9-də Ağdərə istiqamətində şəhid olub. Qax rayonunun İlisu kəndində dəfn olunub🖤😔

*Təltifləri🎖️*

🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)

*Ruhun şad olsun Şəhidim.🖤Nur içində yat.😔*

_Ölümüylə ölümsüzləşən Şəhidim cənnətdəki ilk ad günün mübarək!🖤🕊️_
_Unutmayaq!Unutdurmayaq!✊🏻🇦🇿_