*🇦🇿Şəhid Mütəllimov Qəzənfər🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Mütəllimov Qəzənfər🇦🇿*
foto


*🇦🇿Şəhid Mütəllimov Qəzənfər🇦🇿*

*Həyatı•*

Qəzənfər Mütəllimov 1992-ci il yanvarın 27-də Sumqayıt şəhərində anadan olub.

*Hərbi xidməti•💂🏻‍♀️*

Azərbaycan Ordusunun giziri olan Qəzənfər Mütəllimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəzənfər Mütəllimov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.😔🥀

*Təltifləri•🎖️*

🎖️ "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
🎖️ "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
🎖️ "İgidliyə görə" medalı (ölümündən sonra)
_Ölümüylə ölümsüzləşən Şəhidim ruhun şad olsun!🖤🕊️_
*Unutmayaq! Unutdurmayaq!✊🏻🇦🇿*