
foto
*🇦🇿Şəhid Musa Nuhiyev 🇦🇿*
*Həyatı*
Musa Nuhiyev 1998-ci il oktyabrın 2-də Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
*Hərbi xidməti💂🏻♀️*
Musa Nuhiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Musa Nuhiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.
Musa Nuhiyev oktyabrın 16-da Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
*Təltifləri •🎖️*
•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)
_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_
*Unutmayaq! Unutdurmayaq!*