*🇦🇿Şəhid Əmrah Həmidov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Əmrah Həmidov🇦🇿*
foto


*🇦🇿Şəhid Əmrah Həmidov🇦🇿*

*Həyatı•*
Əmrah Həmidov 1997-ci il yanvarın 12-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub.Ailəli idi.

*Hərbi xidməti•💂🏻‍♀️*
Əmrah Həmidov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Əmrah Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əmrah Həmidov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı ağır yaralanıb, oktyabrın 5-də isə Gəncə şəhərində Hərbi Hospitalda şəhid olub.😔🥀

*Təltifləri•🎖️*
🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
🎖️ "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)
🎖️ "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)