🇦🇿*Şəhid Məmmədov Kənan🇦🇿*

gulu1096
🇦🇿*Şəhid Məmmədov Kənan🇦🇿*
foto

*🇦🇿Şəhidimiz Məmmədov Kənan Hüseyin oğlu* 1993-cü ildə iyulun 17-də Ağdaş rayonun Kotavan kəndində anadan olub. Müdətdən artıq hərbi qulluqçu kimi xidmət edən gizir Məmmədov Kənan 2016-cı ilin Aprel döyüşlərində də şücaətlə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən şiddətli döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi.
Bir qız övladı var idi. İkinci övladını gözləyirdi. Amma övladını görmək qismət olmadı. Qızının ad günü günü Şəhid oldu.
Allah rəhmət eləsin!

Məmmədov Kənan Hüseyn oğlu ölümündən sonra “Vətən uğrunda" və "Hərbi xidmətə görə" medallarıilə təltif edilib.


*#Unutmayaq! Unutdurmayaq!*