*🇦🇿 Şəhid Mehtab Quliyev🇦🇿*

gulu1096
*🇦🇿	Şəhid Mehtab Quliyev🇦🇿*
foto

*🇦🇿 Şəhid Mehtab Quliyev🇦🇿*

*Həyatı*

Mehtab Quliyev 6 dekabr 1997-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 2003-2014-cü illərdə həmin kəndin Nizami Gəncəvi adına tam orta məktəbində təhsil almışdır.

*Hərbi xidməti💂🏻‍♀️*

Mehtab Quliyev 2019-cu il oktyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Mehtab Quliyev Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında qumbaraatan vəzifəsində xidməti zamanı nizamnamələrin tələblərinə riayət etmiş, yüksək intizamı, çalışqanlığı və yardımsevərliyi ilə fərqlənirdi.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Mehtab Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandirləri tərəfindən ona verilən tapşırıqları uğurla yerinə yetirən Mehtab bir neçə dəfə həyatını riskə ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarmışdır. O, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən yüksəkliklərin düşməndən azad olunması uğrunda döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Mehtab Quliyev oktyabrın 30-da Zəngilan döyüşləri zamanı 1117.0 yüksəkliyində düşmənin əks hucumunun qarşısını alarkən şəhid olmuşdur. Mehtab Quliyev noyabrın 3-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dəfn olunmuşdur.🖤😔

*Təltifləri🎖️*

🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "İgidliyə görə" medalı (ölümündən sonra)
🎖️ "Zəngilanın azad olunmasına görə" medalı (ölümündən sonra)
*Ruhun şad olsun Şəhidim🖤*
_Ölümü ilə ölümsüzləşən Şəhidim😔🕊️_
_Unutmayaq! Unutdurmayaq!✊🏻🇦🇿_

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör