Şəhid Mayıl Qurbanov

gulu1096
Şəhid Mayıl Qurbanov
foto

*🇦🇿Şəhid Mayıl Qurbanov🇦🇿*

*Həyatı*
Mayıl Qurbanov 1996-cı il iyunun 8-i İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə daşınmışdır. Xanlıq kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirmişdi. Ailədə iki qardaş olublar. 2016-cı ildə ailə həyatı qurub. 2 qızı yadigar qaldı.

*Hərbi xidməti💂🏻‍♀️*
Mayıl Qurbanov orta təhsilini bitirdikdən sonra 2014-cü il iyulun 2-si İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissəsinə göndərilmişdir. 2016-cı il yanvarın 2-si Hərbi xidmətini vicdanla və layiqincə bitirib evinə geri dönmüşdür.

Azərbaycan Ordusunun əsgəri olan Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayıl Qurbanov noyabrın 3-də *Qubadlı* döyüşləri zamanı Qubadlı rayonu ərazisində şəhid olub. İmişli rayonunda dəfn olundu.

*Təltifləri*

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)

🎖️— "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)