*🇦🇿Şəhid Malik Əliyev🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Malik Əliyev🇦🇿*
foto

*🇦🇿Şəhid Malik Əliyev🇦🇿*

*Həyatı*

Malik Əliyev 1986-cı il dekabrın 26-da Naxçıvan şəhərində anadan olub. 1993-2001-ci illərdə Naxçıvan şəhərində 10 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

*Hərbi xidməti*💂🏻‍♀️

Malik Əliyev 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat şəhərində Hərbi Dəstəsində Komendant Bölüyünün Komandiri, 2015-ci ildən isə Horadiz şəhərində Sərhəd Dəstəsinin Komendaturasının Qərargah rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Malik Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Malik Əliyev oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️ "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
•🎖️ "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi" yubiley medalı
•🎖️ "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
•🎖️"Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı
•🎖️ "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
•🎖️ "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı
•🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️"Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra)
•🎖️ "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun şəhidim_🥀😔


*Unutmayaq! Unutdurmayaq!*🖤

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör