*🇦🇿Şəhid Əli Mehdizadə🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Əli Mehdizadə🇦🇿*
foto

*🇦🇿Şəhid Əli Mehdizadə🇦🇿*

*Həyatı*

Əli Mehdizadə 15 avqust 2001-ci ildə Lənkəranda dünyaya göz açmışdır.

*Hərbi xidməti💂🏻‍♀️*

Əli Mehdizadə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Mehdizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl istiqamətində çiynindən qəlpə yarası almış və hospitala yerləşdirilmişdir. Müalicəsi bitdikdən sonra yenidən döyüşə yollanmışdır. Əli Mehdizadə 1 noyabr 2020-ci ildə axşam saatlarında Şuşa döyüşləri gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına Şəhid olmuşdur.😔🥀

*Təltifləri🎖️*

🎖️ "Şücaətə görə" medalı (ölümündən sonra)
🎖️"Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
🎖️ "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
🎖️ "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
🎖️ "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
*Ruhun şad olsun nur üzıü Şəhidim🖤🕊️*
*_UNUTMAYAQ! UNUTDURMAYAQ! TANIDAQ! YAŞADAQ!✊🏻🇦🇿_*