*🇦🇿Şəhid İsmayıl Qasımov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid İsmayıl Qasımov🇦🇿*
foto

*🇦🇿Şəhid İsmayıl Qasımov🇦🇿*

*Həyatı*

İsmayıl Qasımov 17 dekabr 1989-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər 14 saylı orta məktəbin birinci sinfinə daxil olub və həmin məktəbi 2007-ci ildə bitirmişdir. Ailəli idi.

*Hərbi xidməti💂🏻‍♀️*

Qasımov İsmayıl 2008-ci ildə həqiqi hərbi xidmətə yollanmış və 2009-cu ildə xidmətini başa vurmuşdur.

*İkinci Qarabağ müharibəsində iştirakı*

Azərbaycan Ordusunun giziri İsmayıl Qasımov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. İsmayıl Qasımov 9 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olmuşdur. 10 dekabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
•🎖️— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*