*🇦🇿Şəhid İntiqam Abbasov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid İntiqam Abbasov🇦🇿*
foto

*🇦🇿Şəhid İntiqam Abbasov🇦🇿*

*Həyatı*

İntiqam Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

*Hərbi xidməti💂🏻‍♀️*

Azərbaycan Ordusunun baş giziri olan İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Abbasov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Köcəkli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

*Təltifləri 🎖️*

•🎖️— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

•🎖️— "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

•🎖️— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️— "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)


_Cənnətdəki doğum günün mübarək nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*