Şəhid İlkin Ağayev🇦🇿

gulu1096
Şəhid İlkin Ağayev🇦🇿
foto
*🇦🇿 Şəhid İlkin Ağayev🇦🇿*

*Həyatı*
İlkin Ağayev 1986-cı il iyunun 2-də Zərdab rayonunun Körpü kəndində anadan olub.

*Hərbi xidməti 💂🏻‍♀️*
Azərbaycan Ordusunun giziri olan İlkin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağayev noyabrın 8-də *Qubadlı* döyüşləri zamanı şəhid olub.


*Təltifləri*

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)