Şəhid: İlimdar Axtamov

sehranin guli
Şəhid: İlimdar Axtamov
foto
Vətən sadəcə doğulduğumuz məkan deyil.
Vətən qəlbimizin dərinliklərində saf,təmiz hislərlə ümman olmuş bir yerdir. Vətən uğrunda şəhid olanlarda vətəndir. Biz bəzən şahid oluruq ki, Azərbaycanda doğulmamasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğunda şəhid olan oğullar olub. Elə buna görə də deyirəm ki, vətən sadəcə doğulduğumuz məkan deyil. Gəlin birlildə bu şəhidlərimidən biri olan İlimdar Axtamov haqqında məlumatalanaq, tanıdaq,tanıyaq...!
Axtamov İlimdar Rəsul oğlu 1989-cu il noyabr ayının 10-da Özbəkistan Respublikasının Sovxoz Kök-öral kəndində anadan olmuşdur. Axtamovlar ailəsi 1990-ci il aprel ayında məcburi köçkün olaraq Azərbaycan Respublikasının Kürdəmir rayonunun Mollakənd kəndində məskunlaşırlar.1996-cı il sentyabrın 1-də Kürdəmir Rayonunun Mollakənd kənd tam orta məktəbinin 1-ci sinifinə qəbul olmuşdur. 2007-ci ildə təhsilini başa vurmuşdu. 2007-2008-ci illərdə Şamaxı İlahiyyat kursunu bitirmişdir. Əsgəri çağırışına qədər Kürdəmir rayonu Hərbi komissarlığının göstərişi ilə könüllü olaraq sürücülük kursunu oxumuşdur.2008- ci il iyunun 4-də Azərbaycan Respublikasının Hərbi xidmətə çağırışı ilə əlaqədar olaraq hərbi borcunu yerinə yetirmək üçün hərbi xidmətə getdi. Naxçıvan Muxtar Respublikasının "N" saylı... hərbi hissəsində təzədən hərbi sürücülük kursunu keçəndən sonra, bir müddət "N" saylı hərbi hissədə təcili yardım sürücüsü kimi xidmət etmişdir. 2008-ci ilin sonunda "N" saylı hərbi hissəsinin (... hərbi hissəsi) komandirinin sürücüsü olaraq xidmətini davam etdirmişdir. 2009- cu il iyul ayının 17-də... hərbi hissəsinə aid olan, ermənilərlə üz-bəüz olan...məkanda ermənilərin atəşkəs rejimini pozması nəticəsində hərbi hissə komadirinin və İlimdar Axtamovun olduğu avtomabil ermənilər tərəfindən atəşə tutulmuşdur və nəticədə İlimdar baş,qarın nahiyəsindən ağır yaralanmışdır.
İlk tibbi yardım hərbi hissə komandiri tərəfindən Şərur rayon xəstəxanasına çatdırılarkən edilmişdir. 11 gün koma vəziyyətində olduqdan sonra Naxçıvan Hərbi Hospitalı tərəfindən Bakı şəhərində olan hospiatala aparılmışdır. Burada da həkimlərin ciddi səylərinə baxmayaraq , 2009-cu ilin avqustunda bu dünyaya gözlərini əbədi olaraq yummuşdur.
İlimdar Axtamovun xatirəsi hər il ailəsi və təhsil aldığı məktəb kollektivi tərəfindən anılır.
Bir zamanlar İlimdarın təhsil aldığı məktəbdə bu gün təhsil alan şagirdlər onun keçdiyi şərəfli döyüş yolunu keçmək istəyirlər.
Qəhrəmanlar, şəhidlər unudulmalı deyil, unudulmayacaq...🇦🇿
(yazar:Eyyubova Zeynəb)

Entry hakkında yorumlar

bu başlıktaki tüm girileri gör