*🇦🇿Şəhid İbrahim Məmmədov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid İbrahim Məmmədov🇦🇿*
foto

*🇦🇿Şəhid İbrahim Məmmədov🇦🇿*

*Həyatı*

İbrahim Məmmədov 1985-ci il aprelin 33-də Şəki şəhərində anadan olub. 1991-2002-ci illərdə Şəki şəhərində 20 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

*Hərbi xidməti💂🏻‍♀️*

İbrahim Məmmədov 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun giziri olan İbrahim Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Laçın dəhlizi istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 17-də Füzuli şəhərinin azad olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevi məruzəni İbrahim Məmmədov edib. İbrahim Məmmədov oktyabrın 25-də Laçın döyüşləri zamanı şəhid olub. Şəki şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.😔🥀

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri🎖️*

🎖️ "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 
🎖️"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "İgidliyə görə" medalı (ölümündən sonra)
🎖️ "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
🎖️"Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
🎖️ "Xocavəndin azad olunmasına görə medalı(ölümündən sonra)
*Nur içində yat Cənnət mələyi🖤🕊️*
*_UNUTMAYAQ! UNUTDURMAYAQ!✊🏻🇦🇿_*