🇦🇿Şəhid Fəxri Məmmədov 🇦🇿

gulu1096
🇦🇿Şəhid Fəxri Məmmədov 🇦🇿
foto


*🇦🇿Şəhid Fəxri Məmmədov 🇦🇿*

Həyatı

Fəxri Məmmədov 2000-ci il iyulun 27-də Bakı şəhərində anadan olub. Əslən Lacın rayonunun Şamkənd kəndindəndir. İlk təhsilini 2007-ci ildə Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə almışdır. 2016-cı ildə qəbul olduğu təhsil müəsisəsində kompyuter mühəndisliyi ixtisası üzrə təhsil almışdır. Fəxri Məmmədov musiqi ilə məşğul olmuş, gitara da ifa etməyi bacarırdı.

Hərbi xidməti 💂🏻‍♀️

Azərbaycan Ordusunun əsgəri olan Fəxri Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir . Fəxri Məmmədov sentyabr 27-də Cəbrayıl rayonun Nüzgar kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Təltifləri

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

•🎖️ — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️— "Cəsur döyüşçü" medalı (ölümündən sonra)

•🎖️— "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)


*Mövludun mübarək 🥀🖤*

*Unutmayaq, unutdurmayaq!*