*🇦🇿Şəhid Fərid Seyfullayev🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Fərid Seyfullayev🇦🇿*
foto

*🇦🇿Şəhid Fərid Seyfullayev🇦🇿*

*Həyatı*

Fərid Seyfullayev 1991-ci il avqustun 23-də Xaçmaz şəhərində anadan olub.

*Hərbi xidməti💂🏻‍♀️*

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Seyfullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub😔.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)

•🎖️"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️ "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim_🥀😔


*🇦🇿Unutmayaq! Unutdurmayaq!🇦🇿*