Şəhid Emin Əmrahov

gulu1096
Şəhid Emin Əmrahov
foto

*🇦🇿 Şəhid Əmin Əmrahov🇦🇿*


*Həyatı*
Emin Əmrahov 1989-cu il iyunun 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1996-2007-ci illərdə Gəncə şəhərində M. Hadi adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Dörd övladı, 2 qızı və 2 oğlu yadigar qaldı.

*Hərbi xidməti 💂🏻‍♀️*
Emin Əmrahov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Emin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Əmrahov oktyabrın 27-də *Xocavənd* döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.

*Təltifləri*

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)

🎖️— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)


*Məkanı cənnət olsun*

*Tanıyaq, tanıdaq✊🏻🇦🇿*