*🇦🇿Şəhid Emil Qurbanov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Emil Qurbanov🇦🇿*
foto

*🇦🇿Şəhid Emil Qurbanov🇦🇿*

*Həyatı*

Emil Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olmuşdur. 1986–1997-ci illərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinə daxil olmuşdur.

2002–2003-cü illərdə həqiqi hərbi xidmətdə olan Emil Qurbanov leytenant rütbəsi alaraq bitirmişdir. 2003-cü ilin oktyabrında Tərtər rayonunun "N" saylı hərbi hissəsində tağım komandiri kimi xidmətə başlamışdır. 2005-ci ildə "Zirvə" idman kompleksində məşqçi-müəllim işləməyə başlamış, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak etmişdir. Daha sonra o, Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlamışdır.

*Hərbi xidməti💂🏻‍♀️*

Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlamış Vətən müharibəsidə tağım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olmuşdur. 6 noyabrda Lənkəranda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Qurbanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Qurbanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

•🎖️—"Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️— "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü müəllim şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*