
foto
*🇦🇿Şəhid Elton Qənbərli 🇦🇿*
*Həyatı*
Elton Qənbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2003-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.
*Hərbi xidməti💂🏻♀️*
Elton Qənbərli 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Elton Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elton Qənbərli oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
*Təltifləri •🎖️*
•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️— "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)
•🎖️—"Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️—"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_
*Unutmayaq! Unutdurmayaq!*