Şəhid Elsəvər Piriyev

gulu1096
Şəhid Elsəvər Piriyev
foto

*🇦🇿Şəhid Elsevər Piriyev🇦🇿*


Həyatı
Elsevər Piriyev 1995-ci il iyunun 12-də Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. 2001-2010-cu illərdə C. Həsənov adına Arazbar kənd tam orta məktəbində, 2013-2015-ci illərdə isə A. Sultanov adına Kürdlər kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Uğur və Ümid adında 2 oğlu yadigar qaldı.

Hərbi xidməti 💂🏻‍♀️
Elsevər Piriyev 2013-2015-ci illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elsevər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Piriyev oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhid olub.


Təltifləri

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)

🎖️— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)