Şəhid Elnur Əsədullayev

gulu1096
Şəhid Elnur Əsədullayev
foto

*🇦🇿Şəhid Elnur Əsədullayev🇦🇿*

Həyatı

Elnur Əsədullayev 1998-ci il iyunun 13-də Lerik şəhərində anadan olub. 2005-2016-cı illərdə V. Müslümov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.(Sevdiyi vardı... 🥀)

Hərbi xidməti 💂🏻‍♀️

Elnur Əsədullayev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Əsədullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Əsədullayev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub.

Təltifləri

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "İgidliyə görə" medalı (ölümündən sonra)

🎖️— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

*Şəhadətin mübarək🥀🇦🇿*

*Unutmuyaq, unutdurmuyaq!✊🏻🇦🇿*