Şəhid Elnur Əliyev!

gulu1096
Şəhid Elnur Əliyev!
foto

*🇦🇿Şəhid Elnur Əliyev🇦🇿*


*Həyatı*
Elnur Əliyev 2000-cu il fevralın 10-da Göyçay şəhərində anadan olub. Subay idi.

*Hərbi xidməti 💂🏻‍♀️*
Elnur Əliyev 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuqu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Əliyev oktyabrın 6-da *Cəbrayıl* döyüşləri zamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

*Təltifləri*

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️ — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)

🎖️— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)