*🇦🇿🇹🇷Şəhid Elməddin Cəfərov🇦🇿🇹🇷*

gulu1096
*🇦🇿🇹🇷Şəhid Elməddin Cəfərov🇦🇿🇹🇷*
foto

*🇦🇿🇹🇷Şəhid Elməddin Cəfərov🇦🇿🇹🇷*

*Həyatı*

Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndindən olan Elməddin Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində dünyaya gəlmişdir. Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif Dadaşzadə adına tam orta məktəbdə alıb.

*Ailəsi*

Ailəli idi, 2 övladı var:
Cəfərzadə Sevgi Elməddin qızı
Cəfərzadə Hümbət Elməddin oğlu

*Hərbi xidməti💂🏻‍♀️*

2005-ci ilin payızında milli ordumuzun sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və Gəncə şəhəri “N” saylı hərbi hissədə xidmət etmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq "Gizir" hərbi rütbəsi alıb və həmin ildən xidmətini davam etdirmişdir. 2016-cı il Aprel döyüşlərində fəal iştirak etmişdir. 2017-ci ildə təyinatı Müşfiq qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə verilmişdir və həmin hərbi hissədən 27.09.2020-ci ildə Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda başladılan “Vətən Müharibəsi”ndə iştirak etmişdir.

*Şəhidlik zirvəsi*

Elməddin 27 sentyabr döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub. Onların dəstəsi ilk dəfə 4 oktyabr tarixində pusquya düşürülür, lakin Elməddin və silahdaşları bu pusqudan sağ salamat çıxa bilirlər. O, yaralı komandirini 12 km məsafədə mərmi yağışı altında, heç bir qorxu bilmədən, öz çiyinlərində təhlükəsiz əraziyə çıxartmışdır. İkinci dəfə 8 oktyabrda pusquya düşən dəstə böyük itkilər verir. Elməddin Cəfərov aldığı qəlpə yaralarından şəhidlik zirvəsinə yüksəlir.

*Dövlət təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

•🎖️— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

•🎖️— "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)


*_Cənnətdəki doğum günün mübarək nur üzlü şəhidim🥀😔_*


*🇦🇿Unutmayaq! Unutdurmayaq!🇦🇿*