Şəhid Elçin Həsənli

gulu1096
Şəhid Elçin Həsənli
foto

*🇦🇿Şəhid Elçin Həsənli🇦🇿*

Həyatı
Elçin Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunda anadan olub.1999–2010-cu illərdə A. Abdullayev adına 211 saylı Nəsimi rayon tam orta məktəbində, 2010–2014-cü illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb. 2015–2017-ci illərdə həmin universitetdə magistratura pilləsi üzrə təhsil alıb. Doktorantura pilləsi üzrə təhsilini isə 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində alırdı. Elçin Həsənli Şirvan şəhərində mühəndis olaraq fəaliyyət göstərirdi. Subay idi.

Hərbi xidməti
Elçin Həsənli 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

İkinci Qarabağ müharibəsində iştirakı-

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Həsənli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub.

Təltifləri

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Cəsur döyüşçü" medalı (ölümündən sonra)

🎖️— "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)

*Tanıyaq, tanıdaq✊🏻🇦🇿*