🇦🇿Şəhid Elcan Rəhimli🇦🇿

gulu1096
🇦🇿Şəhid Elcan Rəhimli🇦🇿
foto

*Rəhimli Elcan Ədalət Oğlu . O, "Vətən müharibə" sinə könüllü yollanan qəhrəmanımızdır.*

R.Elcan 26.08.1992-ci ildə Bərdə Rayon Alpoud Kəndində anadan olub .1998-ci ildə Bərdə rayon Alpoud kəndi tam orta məktəbində təhsil almağa başlayır. 2009-cu ildə təhsilini bitirir və 2010-cu il oktyabrın 1-də hərbi xidmətə yollanır. Beyləqan rayon 181 sayli hərbi hissədə xidmətini tamamlayır. O, çox mehriban , gülərüz, işgüzar, qoçaq , ailəsinin və ətrafındakı insanların sevimlisi idi.
Elcan 2017-ci ildə Ailə həyati qurur və bir qiz övladı dünyaya gəlir . 21 sentyabr 2020 ci ildə könüllü olaraq hərbi xidmətə yollanir bu zaman ərzində torpaqların alınması uğrunda qəhrəmancasına vuruşur. Rəhimli Elcan 18 oktyabr 2020-ci ildə Ağdərə ugrunda gedən döyuşlərdə öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfinən atlan minamiyot mərmisinin qəlpəsi nəticəsində başından ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldı. 20 oktyabr 2020-ci ildə Rəhimli Elcan Ədalət oğlu Bərdə Rayonu Alpoud kənd qəbiristanlığında torpağa tapşırılıb. "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif edilmişdir.
Allah rəhmət eləsin!🥀


*Unutmayaq! Unutdurmayaq!*

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör