Şəhid Elcan Namazov!

gulu1096
Şəhid Elcan Namazov!
foto

*🇦🇿 Şəhid Elcan Namazov🇦🇿*

*Həyatı*
Elcan Namazov 1997-ci il iyunun 1-də Qazax rayonunun Dəmirçilər kəndində anadan olub.[1] 2003-2014-cü illərdə E. Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

*Hərbi xidməti 💂🏻‍♀️*
Elcan Namazov 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elcan Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elcan Namazov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Dəmirçilər kəndində dəfn olunub.


*Təltifləri*

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)

🎖️— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)