*🇦🇿Şəhid Elcan Muradov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Elcan Muradov🇦🇿*
foto

*🇦🇿Şəhid Elcan Muradov🇦🇿*

Həyatı və hərbi xidməti


Muradov Elcan Eldəniz oğlu 3 iyul 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2017-ci ildə 19 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. Subay idi.

2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmiş, “N” saylı hərbi hissənin əsgəri kimi Füzuli uğrunda gedən döyüşlərdə yer almışdır. .

1 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin nəşi bir müddət neytral zonada qaldıqdan sonra götürülmüşdür.

9 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Muradov Elcan Eldəniz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

*Ruhun şad olsun*🇦🇿

*Unutmayaq, unutdurmayaq!*